Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib. Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibi ilə matçın 33-cü gedişində yenidən "sülh bağlayıb".
Beləliklə, xalını 5-ə çatdıran Rəcəbov hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 8 xalla Yan Nepomnyaşi başçılıq edir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
XI tur
Teymur Rəcəbov (Azərbaycan) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) 0:1
Hikaru Nakamura (ABŞ) - Rixard Rapport (Macarıstan)
Fabiano Karuana (ABŞ) - Dinq Liren (Çin)