Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələrin Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması San Marino komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bu cütün qalibi yarımfinalda Malta yığması ilə münasibətləri aydınlaşdıracaq. Həmin görüş iyulun 2-də baş tutacaq.
Xatırladaq ki, millimiz yer aldığı A qrupunda Malta (71:73) və Andorra (69:72) komandalarına uduzub