Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma 1/4 final mərhələsində San Marino seçməsi ilə qarşılaşıb. Oyuna fəal başlayan komandamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev olub.
Qeyd edək ki, yığmamız yarımfinalda Malta komandası ilə üz-üzə gələcək. Oyun iyulun 2-də, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.