"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi "İnstagram" səhifəsinə istinadən xəbər verir ki, "Qərb təmsilçisi" "Qarabağ"ın yarımmüdafiəçisi Zamiq Əliyevi icarəyə götürüb.
21 yaşlı oyunçunun icarə müddəti bir illikdir.
Qeyd edək ki, Zamiq Əliyev Azərbaycanın U-21 millisinin üzvüdür.