Bu gün Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi Malta yığması ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Bu cütün qalibi finalda Ermənistan - Andorra oyunun qalibi ilə oynayacaq. Uduzan yığmalar 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Xatırladaq ki, millimiz yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzub. Serbiyalı Aleksandar Trifunoviçin çalıışdırdığı kollektiv 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib.