Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatında yarımfinal görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi bu mərhələdə Malta yığması ilə qarşılaşıb. Matç ev sahiblərinin 59:52 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, komandamız üçüncü yer uğrunda mübarizə aparacaq. Yığmamız bürünc mükafat üçün Ermənistan və Andorra arasındakı digər yarımfinal oyununun məğlubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzub. Serbiyalı Aleksandar Trifunoviçin çalıışdırdığı kollektiv 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib.