Bir vaxtlar "Bakı"nın şərəfini qorumuş Boliviya millisinin üzvü Azərbaycanla bağlı Edemir Rodriges maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi yenidən Azərbaycana gəlmək niyyətinin olmadığını bildirib
"1 il olar ki, "Bakı"dan ayrılmışam. Azərbaycan futbolu ilə maraqlanmıram. Mənim sabah Amerika kubokunda "Flamenqo" ilə oyunum var. "Bolivar"da hər şey əladı, burda hər şey yüksək səviyyədədi. "Flamenqo" kimi rəqibə qarşı oynamağın nə demək olduğunu yəqin ki, başa düşürsümüz. Bir sözlə, Azərbaycan çempionatında oynamaq, yenidən ora qayıtmaq kimi bir arzum yoxdu".
Fanat.az