Bu gün Maltada təşkil olunan basketbol üzrə kiçik ölkələr arasında Avropa çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda görüşə çıxacaq. Serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin çalışdırdığı yığma "bürünc" üçün Andorra kollektivi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı A qrupunda Maltaya 71:73, Andorraya 69:72 hesabı ilə uduzub. Kollektivimiz 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib, yarımfinalda isə yenidən Maltayla bacarmayıb - 52:59.