Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə Polşanın Budqoş şəhərində keçirilən beynəlxalq festivalda liderliyini davam etdirir.
Fanat.Az xəbər verir ki, 22 yaşlı təmsilçimiz yeddinci turda qara fiqurlarla polşalı Karina Cyfka ilə üz-üzə gəlib. Matç 34-cü gedişdə "sülh"lə yekunlaşıb.
Beləliklə, xalını 5-ə çatdıran Məmmədzadə əvvəlki kimi turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Onu 4,5 xalla Antoaneta Stefanova (Bolqarıstan) izləyir.
Dairəvi sistem üzrə təşkil olunan yarışda həmçinin Mariya Muzıçuk (Ukrayna), Dinara Sadaukassova (Qazaxıstan), Alina Kaşlinskaya, Monika Soçko, Olivia Kiolbasa, Joanna Majdan (Polşa) və İrina Bulmaqa (Rumıniya) mübarizə aparırlar.
Qeyd edək ki, yarış iyulun 4-də başa çatacaq