Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, serbiyalı Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşıb.
Yığmamız qrup mərhələsində uduzduğu rəqibi ilə bu dəfə də bacarmayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan andorralılar sonda 84:75 hesabı ilə qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda Andorra ilə yanaşı, Maltaya 71:73 hesabı ilə uduzub. Kollektivimiz 1/4 finalda San Marinoya 68:51 hesabı ilə qalib gəlib, yarımfinalda isə yenidən Maltayla bacarmayıb - 52:59.