İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət seçməmiz püşkün nəticəsinə əsasən, Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq. Digər qrupda İran, Qətər, Türkiyə, Pakistan komandaları yarışacaq.
Qadın voleybolçularımız isə Əfqanıstan, Seneqal və Kamerun kollektivləri ilə B qrupunda yer alıb. A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya milliləri mübarizə aparacaqlar.
Reqlamentə əsasən, qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə yüksələcək.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9-18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək.