"Kəpəz" Premyer Liqaya hazırlığın ikinci mərhələsinə başlayıb.
Fanat.Az xəbər verir ki, komanda məşqlərə Bakıda start verib.
"Sarı-göylər" "Dalğa Arena"da hazırlıq keçirlər. Toplanış iyulun 17-nə kimi davam edəcək.
Gəncə təmsilçisi paytaxtda bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərdən ikisi artıq məlumdur. Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda iyulun 10-da "Səbail", ayın 14-də "Sumqayıt" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. "Sumqayıt" ilə oyun isə rəqib meydanında keçiriləcək.
Mirağa