İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin son üç günündə sərbəst güləşçilər mübarizə aparıb. Azərbaycan millisinin üzvlərindən Cəbrayıl Hacıyev (74 kq) qızıl, Sabir Cəfərov (70 kq) gümüş, Ramik Heybətov (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Ümumilikdə 87 xal toplayan "sərbəstlər" komanda hesabında 6-cı yeri tutub.
Yarışın qalibi 169 xalla Gürcüstan millisi olub.