Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə Polşanın Budqoş şəhərində keçirilən beynəlxalq festivalda liderliyini davam etdirir.
Fanat.Az xəbər verir ki, 22 yaşlı zəka sahibi səkkizinci turda ağ fiqurlarla polşalı Alina Kaşlinskaya ilə üz-üzə gəlib. Matç 30-cu gedişdə "sülh"lə yekunlaşıb.
Beləliklə, xalını 5,5ə çatdıran Məmmədzadə əvvəlki kimi turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Onu 5 xalla Antoaneta Stefanova (Bolqarıstan) izləyir.
Dairəvi sistem üzrə təşkil olunan yarışda həmçinin Mariya Muzıçuk (Ukrayna), Dinara Sadaukassova (Qazaxıstan), Karina Cyfka, Monika Soçko, Olivia Kiolbasa, Joanna Majdan (Polşa) və İrina Bulmaqa (Rumıniya) mübarizə aparırlar.
Günay bu gün keçiriləcək son turda qara fiqurlarla Muzıçuka qarşı oynayacaq.