15:31 05.07.2022 526

Polşalı jurnalistdən dərin təhlil: "Lex"in məşqçiləri Avstriyadan əlidolu qayıdıb, amma..."

Polşa mətbuatı bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Lex" - "Qarabağ" oyunu ilə bağlı həyəcan təbili çalır. Meydan sahibləri Poznan təmsilçisinin hazırlıq dövründə buraxdığı səhvləri, həmçinin "Qarabağ"ın üstün cəhətlərini qabardır. 

Fanat.Az "Sport.pl" portalının əməkdaşı David Şimçakın dəyərləndirməsini təqdim edir:

"Arzuların arxasınca qaçmaq"

"Lex"in məşqçiləri oyunçuları bu sözlərlə motivasiya edir. Lakin Poznanda onlar əsasən itirilmiş vaxtın arxasınca qaçırlar. 

Avrokuboklara mümkün uğursuz start ondan başlayır ki, onlar transferlərdə gecikib. Komandanın heyəti əvvəlki mövsümdən daha kasaddır. Baş məşqçi isə cəmi iki həftədir gəlib. Bir sözlə, Polşa çempionuna ümidlər böyükdür, lakin şübhələr daha çoxdur.

"Zaqlebye" ilə son Ekstraklasa matçından altı həftə keçib. Hətta mövsümün son oyununu heç kim xatırlamır. O zaman sevinc rahatlıq hissinə qarışmışdı. Geridə qalan yeddi il çempionluqla şirinləşmişdi. Ancaq Poznan sakinlərinin sevinci uzun çəkmədi. Şəxsi səbəbləri əsas gətirən baş məşqçi Matsey Skorja başda olmaqla, komandanın bir çox lideri komandadan ayrıldı. Belədə, xaos başladı. 

Yubanan baş məşqçi...

Niderlandlı Con van den Brom isə baş məşqçi kimi ilk məşqini iyunun 20-də, yəni hazırlığın doqquzuncu günündə, Skorjanın gedişindən iki həftə sonra və "Vidzev"lə ilk sparrinqin ardından (1:2) keçirdi. Onun "Lex"ə təyinatı ilə bağlı çoxlu xoş sözlər eşitsək də, gecdir. Van den Brom hazırda kollektivi tanımaq üçün izləyir və təhlil edir, lakin komandanın oyununda çox dəyişiklik yoxdur. 

...və transferlər

"Lex" rəhbərliyi transferlərə də gec başladı. Düzdür, qapıçı Artur Rudko ilk məşqdən düşərgədədir. Ancaq o, Filip Bednarekdən üstün deyil, hazırda eyni səviyyədə görünürlər. Baxmayaraq ki, "Lex" başbilənlərinin niyyəti əsas qapıçı gətirmək idi.

Növbəti transferi iyunun 30-na kimi gözləməli olduq. Poznanda 22 yaşlı Afonso Sousiyə böyük ümid bəsləyirlər. O, Portuqaliya gənclər komandasının üzvüdür. Afonso yetirməsi olduğu "Portu"da uğur qazana bilməyib. Bir il əvvəl isə Portuqaliyada ən primitiv futbol oynayan "Belenenseş"ə üz tutdu və təşkilati problemlərlə üzləşən bu komanda mövsümü sonuncu başa vurdu. O, çətin ki, "Qarabağ"la oyunda komandaya kömək edə bilsin. Problem həm də ondadır ki, Afonso komanda yoldaşlarının adlarını belə, bilmir.

Giorgi Sitaişvilini Kiyev “Dinamo”sundan icarəyə götürən "Lex" ondan da bu qısa müddətdə çox şey gözləməməlidir. Ümumiyyətlə, Poznan klubunun indiyə qədərki transferlərini dəqiq qiymətləndirmək çətindir. "Lex" rəhbərliyi transfer bazarında daha cəsarətli fəaliyyət göstərsəydi, komandanı vaxtında gücləndirə bilərdi. 

"Lex"in son durumu barədə az şey məlumdur. Onlar Opalenitsadakı məşqlərini gözdən uzaq meydançada keçiriblər. Hazırlıq prosesi azarkeşlər və jurnalistlər üçün bağlı olub, oyunçuların bütün diqqətini hazırlıqlara cəmləmək üçün müsahibə verməyə qadağa qoyulub. Bununla belə, dəqiqləşdirə bilmişik ki, məşqlər Skorjanınkı ilə müqayisədə daha qısa və intensivdir, topsuz qaçış yoxdur, kiçik və orta ölçülü oyunlar üstünlük təşkil edir. Məşqçi ötürmələri və mövqeləri mümkün qədər tez dəyişməkdə israrlıdır. Ancaq bu, yalnız ilk təəssüratdır. Van den Bromun hələ əsəbiləşmək imkanı olmayıb. Başqa sözlə, niderlandlı mütəxəssis çətin qərarlar qəbul etmək, ağrılı məğlubiyyətə dözmək məcburiyyətində qalmayıb... 

"Lex" "Qarabağ"a həsəd apara bilər

Çünki bu komanda səkkiz ildir ki, hər mövsüm avrokuboklarda oynayır. Altı dəfə Avropa Liqasında, həmçinin bir dəfə Çempionlar Liqasında və bir dəfə Konfrans Liqasında qrup macəraları olub.

Ağdamı təmsil edən komandanın Avstriyada hazırlıq keçməsindən istifadə edən "Lex" öz müşahidəçisini ora göndərib. Məşqçilər faydalı məlumatla qayıdıblar. Bunlardan ən vacibi güclü pressinq və yüksək müdafiə qurmaqdır. “Qarabağ” ilk növbədə cinahlarda təhlükəlidir. Müdafiəçilərin arxasındakı boşluqdan istifadə edərək sürətli əks-hücumlarla azərbaycanlıları cəzalandırmaq olar. Polşa çempionlarının fiziki üstünlüyü də olacaq ki, bu da oyunun müəyyən hissələrində kömək etməlidir. 

Baş məşqçi Qurban Qurbanov Krakov "Visla"sını, "Pyast"ı və Varşavanın "Legiya" komandalarını məğlub edib. O, on dörd ildir ki, komandaya rəhbərlik edir. Baş direktor Asif Əsgərov isə daha da uzun müddətdir - 18 ildir "Qarabağ"da işləyir. 2020-ci ildə "Legiya"nı 3:0 hesabı ilə məğlub edən 14 oyunçudan 9-u hələ də hazırki heyətdə yer alır. Bu, "Lex"in həsəd apara biləcəyi sabitlikdir". 

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X