16:24 05.07.2022 572

"Qarabağ" "Real Madrid" və ya "Barselona" deyil"

"Hamı elə bilir ki, “Qarabağ” ya “Real”dır, ya da “Barselona”. 

Bu sözlər "Lex"in keçmiş futbolçusu Rışard Rıbaka məxsusdur.

Fanat.Az xəbər verir ki, "WP SportoweFakty" nəşrinə müsahibə verən veteran futbolçu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Lex"in şanslarını dəyərləndirib. 

62 yaşlı mütəxəssis təmsilçimizin ən təhlükəli "silah"ının adını da açıqlayıb:

"Azərbaycanlılardan qorxmaq əsassızdır. Bu, pis təəssüratdır. Düzdür, rəqib möhkəm komandadır, lakin "Lex"lə oxşar vəziyyətdədir. Onlar da hazırlıqları yenicə bitirib. Ritmdə deyil, yarışa eyni mərhələdən başlayır. İki oyundan ibarət bu görüş Polşa çempionunu Azərbaycanın qalibi ilə müqayisə etmək üçün əla fürsətdir. Bunu yoxlamağın daha yaxşı yolu yoxdur - qorxmadan döyüşmək lazımdır. Hər şey poznanlıların əlindədir. İnanıram ki, potensialları daxilində oynayarlarsa, bunun öhdəsindən gələcəklər. 

Azərbaycan çempionunda adları ilə bizi diz çökdürəcək futbolçular yoxdur. Amma onun güclü tərəflərini də qiymətləndirməmək olmaz. Braziliyalı Kadi rəqibin əsas "silah"ıdır - ötən mövsümdə 43 oyunda 20 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Hansısa futbolçunun yaxşı CV-si varsa, onun qarşısında titrəməməliyik. Ola bilər ki, “Qarabağ”ın braziliyalısı var, amma bu, Neymar deyil. Necə ki, "Lex"də oynayan hər futbolçu Robert Levandovski deyil. 

Van den Broma gəlincə, yeni baş məşqçidən söhbət düşəndə ​​mən nikbinlik hiss edirəm. Niderlandlılar futbolu bilirlər. Bəzən təkəbbür və özündənrazılıq səbəbindən başlarını itirirlər, amma şübhəsiz ki, futbolun nə olduğunu bilirlər. Üstəlik, hücum futboluna - 1:0 yox, 4:3 hesabı ilə qalib gəlməyə üstünlük verirlər. Düşünürəm ki, bu üslub "Lex"in oyunçularının xoşuna gələcək. 

Məni narahat edən bir risk də var. Bir il əvvəl hamı klubun yüz illik yubileyini qızıl medallarla qeyd etmək istəyindən danışırdı. Bu isə gərginliyə səbəb olurdu. İndi həmin gərginlik bir az da artacaq. Çünki uğurun davamını qitə səhnəsində də gətirmək lazımdır. İlk mərhələdə uğursuzluq yubiley atmosferini korlaya bilər". 

Qeyd edək ki, “Lex” – “Qarabağ” matçı bu axşam, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək. Oyun "CBC Sport" kanalı vasitəsi ilə yayımlanacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X