00:28 06.07.2022 710

"Komandamdan razıyam" - Qurban Qurbanov

"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Polşada "Lex"ə 0:1 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında yenilgini şərh edib:

"Uduzmamaq üçün meydanda hər şeyi edən bir komandaya qarşı oynadıq. Məğlub olmağımıza baxmayaraq yaxşı oyun alındı. Bakıda bizi yaxşı matç gözləyir. Hazırlıq üçün qarşıda bir neçə günümüz var. İnşallah, oyuna kimi daha yaxşı səviyyəyə çatacağıq. 

Bu gün klubda hər şey qaydasındadır. Kənardan baxanda bəlkə də hər şey daha rahat görünür. Mən komandamdan razıyam. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular bizimlə qalır. Hətta çatışmayan cəhətləri olan biri belə ürəklə komandada qalıb oynayırsa, o, mənim üçün çox üstündür. 

Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. Daha çox pressinq edəcəklərini düşünürdüm. Düzdür, onlara şərait yaratmadıq. Əksinə biz daha çox pressinq etdik. İl ərzində belə səviyyədə, Avropa ab-havasında oyunlarımız çox az olur. Amma "Lex"in çıxış etdiyi çempionatın səviyyəsi məlumdur. Polşa çempionatında ilboyu bu cür aqressiv oyunlar keçirirlər. 

Cavab oyununda da çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Baxmayaraq ki, 12-13 gündür bir yerdə hazırlaşırıq, komanda gözlədiyimdən daha yaxşı çıxış etdi. Qarşıdakı oyunda da maksimum hücum etməyə, nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bəzi xırda elementlər vardı ki, biz düşündüyümüzdən fərqli formada etdilər. Hələ bir həftəyə yaxın vaxtımız var. Bu, daha yaxşı hazırlaşmağa və rəqibi daha yaxından tanımağımıza kömək olacaq. 

Məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Niyə? Əgər biz bu gün Polşa çempionuna qarşı zəif futbol oynamadıqsa, hücum futbolu oynadıqsa, səfərdə 30 min azarkeşin qarşısında onların üzərinə getdiksə, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Əlbəttə ki, məğlubiyyətin səbəbini araşdırmağa, çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Amma bu hazırlıq prosesini "Qarabağ"da 13-14 ildir ki, keçirik. Sadəcə məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur. Əskinə çalışacağıq ki, 1 həftə ərzində komandanı istədiyimiz səviyyəyə gətirək".

50 yaşlı mütəxəssis növbəti mərhələ üçün komandaların şanslarının bərabər olduğunu deyib: "Matçdan əvvəl də demişdim, bu gün də o fikirdəyəm ki, cütün favoriti yoxdur. İlk oyunda məğlub olduq deyə "Lex" bizdən üstün görsənə bilər. Ancaq mən şansların 50-50-yə olduğunu düşünürəm".

Qurbanov Toral Bayramov və Abbas Hüseynovun əsas heyətdən kənarda qalmaqlarına da aydınlıq gətirib: "Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə əsas oyunçularımızdır, güvənirik. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir".

Baş məşqçi son olaraq "Lex"in müdafiədə oynamasına münasibət bildirib: "Burada digər nüanslar var. Biz onları müdafiədə oynamağa məcbur etdik. Bunu da nəzərə almaq lazımdır. İlk dəqiqələrdən hiss olunurdu ki, ehtiyatlanırlar. Bunu da nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq".

Röya

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X