Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Türkiyə I Liqasında çıxış edən "Eyüpspor"la üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayıb və qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında Rumıniyanın "Hermanştadt" klubuna 1:2 hesabı ilə uduzub.