Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 18 yaşlı idmançı batterflay üsulu ilə 200 metr məsafəyə üzmədə finişə üçüncü çatıb və yarışın bürünc medalına sahib çıxıb.