11:40 07.07.2022 1787

"Bəxt "Qarabağ"ın yanında olsa..." - Samir Abasov 

"Neftçi"dən ayrıldıqdan sonra kölgəyə çəkilən Samir Abasov uzun müddətdir mətbuata danışmırdı. Bu üzdən təcrübəli mütəxəssisdən xəbər yox idi. Haradadır, karyerası ilə bağlı yenilik varmı? 

Fanat.Az "ağ-qaralar"ın sabiq baş məşqçisi ilə əlaqə saxlayaraq, bu suallara cavab tapmağa çalışıb.

Abasov öncə özü ilə bağlı məlumat verib: "Hazırda kənddəyəm, dincəlirəm. Ailə-uşaqla gəlmişəm. İşlə bağlı çoxdandır belə istirahətə imkan olmurdu. Düzdür, ata yurdunda da boş dayanmıram. Kəndin işlərini bilirsiz də? (gülür) Ora qaç, bura qaç, evin əyər-əskiklərini aradan qaldır. Belə deyək, aktiv istirahətdəyəm".

44 yaşlı mütəxəssis hələ iş təklifi almadığını deyib: "Qeyd etdiyim kimi, kənddəyəm. Çoxu heç harada olduğumu bilmir. Bəzən telefon bağlı olur, zəng çatmır. Sizin mesajı da gec gördüm. Yəqin bir müddətdən sonra təkliflər haqqında fikirləşərik".     

"Neftçi"dən ayrılığı barədə danışmaq istəməyən Abasovdan "Qarabağ"ın "Lex"lə oyununu geniş şərh edib: "Təbii ki, oyuna baxdım, diqqətlə izlədim. Açığı, oyun çox xoşuma gəldi. Komandaları ayırmaq istəmirəm, qarşılaşma özü baxımlı idi. "Lex"ə sözün yaxşı mənasında, təəccübləndim. Hələ püşkdən sonra o fikirdəydik ki, "Qarabağ"ın bəxtinə çətin rəqib düşüb. Oyun da göstərdi ki, bu, belədir. Özünü tərifləmək kimi çıxmasın, Polşa çempionatını yaxşı bilirəm, məlumatlıyam. Statistikaya görə Ekstraklassa sərtlik, fiziki göstəricilər, futbolçuların qət etdiyi məsafə baxımından Avropanın öndə gedən çempionatlarındandır. Ayrıca "Lex" həm də intizamlı oyunu ilə seçildi. Demək olar "Qarabağ"a şans vermədilər. Baxmayaraq ki, "Qarabağ" öz oyununu göstərir, topa daha çox nəzarət edirdi. Yəni təmsilçimiz ərazi üstünlüyünə sahib idi. Amma imkanlar elə də çox olmadı. Oyunun ilk dəqiqələrindən göründü ki, "Lex" "Qarabağ"la oyuna hazırdı. Bizimkilər topa nəzarət edib hücumlar qursa da, rəqib təlaşa düşmədi. Sanki "Qarabağ" elə Polşa çempionatında oynayıb, onlar da tanıdıqları komanda ilə qarşılaşırlar. Yaxşı təhlil etmişdilər. Baxmayaraq ki, məşqçisi yenidir. 

"Qarabağ" son illərdə avrokuboklarda çıxış təcrübəsinə görə "Lex"dən təcrübəlidir. Qurban Qurbanov və yetirmələri məhz bu təcrübə hesabına komandanın oyununun alınmamasını hiss etdirmədi. Əslində isə komanda təlim-məşq toplanışından sonra ilk oyununa çıxdığı üçün tam formada deyildi. Bəzi futbolçuların - Zubir, Kadi kimi "açar" oyunçuların oyunu alınmadı. Ancaq bu elə "Lex"in əməyidir. Onların sağ cinah müdafiəçisi Abdullah Zubirlə birəbir mübarizələrdə effektli idi. Düzdür, Zubir bir neçə imkan əldə etdi, amma ümumilikdə tam istədiyi oyunu ortaya qoya bilmədi. O cümlədən Kadi. 

Düşünmürəm ki, məğlubiyyət birbaşa Patrik Andradenin gedişi ilə bağlıdır. Düzdür, o, komandaya gələndən sonra "Qarabağ" əks-hücumlara yaxalanmırdı. Rəqibin həmlələrini pozmağa çox yardımçı olurdu. Bundan başqa, Qara Qarayevə yaxın oynadığı üçün hücumların təşkilində də faydalı idi. Görünürdü ki, Riçard Almeyda həmin funksiyanı istənilən kimi yerinə yetirə bilmir. Riçard bəzi epizodlarda çatdırmırdı. Amma "Qarabağ" "Lex"i bu heyətlə də keçə bilər. Yəni komandaya indiki mərhələdə transfer hava-su qədər lazım deyil.  

Nədənsə içimdə bir inam var ki, "Qarabağ" bu mərhələni keçəcək. Bu baş verməsə, yəni "Lex" növbəti mərhələyə adlasa, Polşa çempionunu artıq ÇL-in qrupunda görürəm. Bir şərtlə ki, qarşısına nəhənglər çıxmasın. Məsələn, "Sürix"i keçə bilər. Daha sonra "Olimpiakos", "Makkabi" kimi Avropanın ortabablarla qarşılaşsa, onları da məğlub edər. Ümid edək ki, "Qarabağ" Bakıda "Lex"i udaraq yoluna davam edəcək. Cavab görüşündə "açar" oyunçuların oyunu alınsa, komanda istəyinə çatacaq. Evdə oynayacaqlar, dolu tribunalar qarşısında ajiotaj yüksək səviyyədə olacaq. Artıq rəqibi də tanıdılar, bu bir neçə gündə təhlil edəcəklər. Bir az da bəxt amili "Qarabağ"ın yanında olsa, mərhələni keçəcəklər".    

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X