Azərbaycan şahmatçısı Aydın Süleymanlı Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə dördüncü yeri tutub.
Fanat.Az xəbər verir ki, 17 yaşlı qrossmeyster 9 turdan 7 xal toplayaraq 4-cü olub.
Digər təmsilçilərimizdən Məhəmməd Muradlı 6,5, Xəzər Babazadə, Ülvi Sadıqov 6, Read Səmədov, Ülviyyə Fətəliyeva 5,5 xal toplayıb.
İsveçrə sistemi üzrə keçirilən yarışın qalibi 8 xalla yunanıstanlı Evgenios İoannidis olub.