Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, günün ilk yarısında qrup mərhələsinin görüşləri keçirilib.
Azərbaycan təmsilçiləri Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq pley-off mərhələsinə vəsiqə qazanıblar.