İyulun 10-da Mayamidə (ABŞ) Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə "Çempionlar Turu"nun növbəti mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, Məmmədyarov ilk turda Levon Aronyanla (ABŞ), Rəcəbov isə Yan-Kşiştof Duda (Polşa) ilə üz-üzə gələcək.
Turnirdə həmçinin Radoslav Voytaşek (Polşa), Aniş Giri (Niderland), Lenyer Dominqes, Samuel Sevyan, Samuel Şenklend, Ceffri Şonq, Hans Niman (hamısı ABŞ), Rixard Rapport (Macarıstan), Aryan Tari (Norveç), Vey Yi, Yu Venjun (hər ikisi Çin) və Arjun Eriqaisi (Hindistan) mübarizə aparacaq.
Şahmatçılar öncə dairəvi sistem üzrə mübarizə aparacaqlar. 15 turdan sonra ilk "səkkizlik" pley-offa yüksələcək.
Qeyd edək ki, turnirə iyulun 17-də yekun vurulacaq. Mükafat fondu 210 000 dollardır.