Bu gün Çempionlar Liqasında 2013/14 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın mənzil-qərargahında Bakı vaxtilə saat 15:00-da başlayacaq tədbirdə ölkəmizin Avropanın ən nüfuzlu turnirində yeganə təmsilçisi olan “Neftçi” rəqibini biləcək. Belə ki, I təsnifat mərhələsindən azad olan bakılılar səpələnmişlər arasında olduğundan, münasib komanda ilə düşəcək.
Gələn həftə start götürəcək ilk mərhələdə ən zəif reytinqi olanlar - “Streymur” (Farer adaları, 2,316), “Tre Penne” (San-Marino, 1,383), “Lusitanos” (Andorra, 1,100) və “Şirak” (Ermənistan, 0,850) oynayacaq. Həmin 2 qalib iyulun ortasında başlayacaq II mərhələdə mübarizəyə qoşulacaq. Orada 34 iştirakçı arasında olan “Neftçi” mümkün rəqiblərindən yalnız “Hafnarfyordur” ilə vaxtilə oynayıb. Belə ki, komanda 2005-ci ildə elə məhz bu turnirdə İslandiya təmsilçisini keçib.
Artıq UEFA komandaların rəqiblərini konkretləşdirib. Belə ki, “Styaua”, “Viktoriya”, “Şerif” və “Maribor”la birgə I qrupda yer alan “Neftçi” “Jelezniçar”, “Skenderbeu”, “Birkirkara”, “Vardar” və “Sutyeska”dan biri ilə düşəcək.
Səpələnmişlər
BATE (Belarus, 39,175)
“Seltik” (Şotlandiya, 37,508)
“Styaua” (Rumıniya, 35,604)
“Viktoriya” (Çexiya, 28,745)
“Dinamo” (Xorvatiya, 25,9160)
“Partizan” (Serbiya, 17,425)
“Legiya” (Polşa, 13,650)
“Şerif” (Moldova, 11,533)
“Maribor” (Sloveniya, 9,941)
“Slovan” (Slovakiya, 8,341)
“Elfsborq” (İsveç, 8,125)
“Makkabi” (Təl-Əviv, İsrail, 8,075)
“Molde” (Norveç, 7,835)
HİK (Finlandiya, 6,701)
“Ekranas” (Litva, 6,300)
“Neftçi” (Azərbaycan, 5,708)
“Dinamo” (Gürcüstan, 5,333)
Səpələnməmişlər
“Jelezniçar” (Bosniya və Herseqovina. 4,566)
“Hafnarfyordur” (İslandiya, 4,083)
“Qyor” (Macarıstan, 3,850)
TNS (Uels, 3,766)
“Ludoqorets” (Bolqarıstan, 3,450)
“Sliqo Rovers” (İrlandiya, 3,225)
“Şaxtyor” (Qazaxıstan, 2,941)
“Skenderbeu” (Albaniya, 2,833)
“Birkirkara” (Malta, 2,541)
“Kliftonvill” (Şimali İrlandiya, 2,116)
“Vardar” (Makedoniya, 2,050)
“Dauqava” (Latviya, 1,658)
“Nomme Kalyu” (Estoniya, 1,191)
“Fola” (Lüksemburq, 0,925)
“Sutyeska” (Monteneqro, 1,300)
I təsnifat mərhələsinin 2 qalibi
İdman24.az