Şəhriyar Məmmədyarov "Çempionlar Turu"nun cari mövsümündə ən çox pul mükafatı qazanan 10 şahmatçı arasında yer alıb.
Fanat.Az xəbər verir ki, indiyədək baş tutmuş dörd turnirdən üçünə qatılan 37 yaşlı qrossmeyster 39 250 dollar əldə edib.
Ən çox qazanan norveçli dünya çempionu Maqnus Karlsendir - 106 500 dollar. Rameşbabu Praqnanandha (Hindistan) 61 250, Yan-Kşiştof Duda (Polşa) 60 000 dollar əldə edib.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov sabah Teymur Rəcəbovla birgə seriyanın beşinci mərhələsində - "FTX Road to Miami"də mübarizəyə başlayacaq.