Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir k, titul uğrunda görüşdə çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" komandaları üz-üzə gəlib.
Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Bununla da "Rakuv" iki ildən sonra - tarixində ikinci dəfə Super Kuboku əldə edib.
Qeyd edək ki, "Lex" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. İki komanda arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb (1:0). Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Mirağa