Çempionlar Liqasının I təsnifat mərhələsinın cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lex" oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.
Klubdan Fanat.Az-a daxil olan məlumata görə, iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə 15 000 civarında bilet satılıb.
Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.