UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan oyunlardan biri təxirə salınıb.
Fanat.Az xəbər verir ki, "Klasksvik" (Farer adaları) - "Budyo Qlimt" (Norveç) görüşü sabaha keçirilib.
Buna səbəb qonaq komandanın hava şəraiti ilə əlaqədar Farer adalarına səyahət etməkdə çətinlik çəkməsidir.
Norveç təmsilçisi bununla bağlı meydan sahibləri və UEFA ilə əlaqə saxlayaraq görüşün sabaha ertələnməsini xahiş edib.
Beləliklə, qitə futbol qurumu matçın vaxtını sabah saat 23.00-a dəyişib.
Qeyd edək ki, komandalar arasında ilk oyunda "Budyo Qlimt" 3:0 hesabı ilə qalib gəlib.
Mirağa