"Qarabağ"ın zədəli futbolçusu Qara Qarayevin vəziyyəti qeyri-müəyyən olaraq qalır.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov yarımmüdafiəçinin sabah ikinci dəfə tibbi müayinədən keçəcəyini bildirib.
"Qara Qarayevin haqqında konkret fikir bildirmək çətindir. Onun tam ciddi yox, amma bir az problemi ola bilər. Sabah daha dəqiq məlumat əldə etmək mümkündür".
Qeyd edək ki, 30 yaşlı oyunçu zədə səbəbindən "Lex"lə matçda iştirak etməyib.