Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma keçirilib.
"Ferentsvaroş" Macarıstanda Qazaxıstan "Tobol"unu qəbul edib. Qazaxıstanda qolsuz bərabərliyə nail olan "Tobol" səfərdə 1:5 hesabı ilə yenilərək mübarizəni dayandırıb.
"Dinamo" (Batumi) Gürcüstanda "Slovan" (Bratislava) ilə üz-üzə gəlib. Bratislavadakı qolsuz heç-heçə qonşu ölkənin çempionu üçün ümidverici fakt olsa da, əlavə vaxtda hesabı açan gürcülər yekunda ÇL-lə vidalaşmalı olub.
Farer adalarının "Klasksvik" komandası səfərdə 0:3 hesabı ilə məğlub olduğu "Budyo Qlimt"ə öz meydanında çətin anlar yaşadıb. 3:1 hesablı zəfər növbəti mərhələ üçün kifayət etməsə də, adalılar belə desək, qapını möhkəm çırpıb.
Əslində, bu görüş dünən keçirilməli idi. Ancaq Norveç təmsilçisinin əlverişsiz hava şəraiti səbəbindən Farer adalarına gələ bilməməsinə görə oyun ertələnmişdi.
"Maribor" Sloveniyada müqavimətini qıra bilmədiyi Soliqorsk "Şaxtyor"unun qapısından Belarusda 2 cavabsız top keçirərək azarkeşlərini sevindirib.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
13 iyul
21:00. "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) 1:2 - ə.v.
İlk oyun - 0:0
"Klasksvik" (Farer adaları) - "Budyo Qlimt" (Norveç) 3:1
İlk oyun - 0:3
"Şaxtyor" (Soliqorsk, Belarus) - "Maribor" (Sloveniya) 0:2
İlk oyun - 0:0
"Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) 5:1
İlk oyun - 0:0
ÇFR (Rumıniya) - "Pünik" (Ermənistan) 2:2 - ə.v. (penaltilər - 3:4)
İlk oyun - 0:0
“Linfild” (Şimali İrlandiya) - TNS (Uels) 2:0 - ə.v.
İlk oyun - 0:1