Almaniyanın “Ersgebirge” komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti sınaq qarşılaşmasını keçirib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniya 3-cü liqa təmsilçisi Regional Liqada mübarizə aparan "Moyzelvits”lə üz-üzə gəlib.
Qarşılaşma Aue təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydana start "11-lik"də çıxan Nazarov 60-cı dəqiqədə əvəzlənib. Millimizin üzvü bu görüşdə dublla yadda qalıb. O, 5-ci dəqiqədə hesabı açıbsa, 35-ci dəqiqədə penaltidən fərqlənib.
Nihat