“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İsrailə yollanıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəsssis Konfrans Liqasının II təsnifat mərhələsində komandasının rəqibi olacaq Təl-Əviv “Makkabi”sinin oyununu izləyəcək.
"Zirə"nin rəqibi bu gün Toto Kubokunda “Makkabi Netaniya” komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" - "Makkabi" matçı iyulun 21-də, "Dalğa Arena"da keçiriləcək və 20:00-da başlayacaq.