14:08 15.07.2022 2143

"Sürix"lə qarşılaşan mütəxəssis: "Qarabağ" onlardan da güclü rəqiblərlə oynayıb"

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə yenildiyi (0:1) Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. II təsnifat mərhələsində "köhlən atlar"ın rəqibi son İsveçrə çempionu "Sürix" olacaq.

"Səbail"in keçmiş baş məşqçisi Aftandil Hacıyev Fanat.Az-a açıqlamasında həm dünənki oyun, həm də ağdamlıların növbəti rəqibi ilə bağı fikirlərini bölüşüb:

"Oyundan qabaq gözləntilərim nikbin yöndə idi. Çünki Poznandakı görüşdə "Qarabağ" yaxşı oynamışdı. Məğlub olmasına baxmayaraq, diktə edən tərəf idi. Sadəcə, "Lex" "açar oyunçular"a daha çox diqqət yetirib onları nəzarətdə saxlaya bilmişdi. Müdafiəçiləri sıx oynaqları üçün real qol epizodlarımızın sayı az olmuşdu. Bununla belə, 4-5 epizod var idi ki, fərqlənə bilərdik. Fikrimi ümumiləşdirsəm, "Lex" doğma azarkeşlər önündə və güclü dəstək sayəsində meydana daha yüksək motivasiya ilə çıxmışdı. Amma cavab görüşündə şansları olmadı. 

Gözləyirdim ki, Bakıda hücumlarımızın sayı çox olacaq. Həm də rəngarəng həmlələr olmalı idi ki, oyun 1-2 nəfərin üzərində qurulmasın. Bu baxımdan Qurban Qurbanovun orta sahədəki dəyişiklikləri həlledici oldu. Diqqəti cinahlardan yayındırmaq üçün Marko Yankoviç və Filip Ozobiç ilk dəqiqələrdən meydana buraxılmışdı. Plan işə yaradı, hər şey "Qarabağ"ın istədiyi kimi alındı. Düzdür, ilk saniyələrdə buraxılan qol gözlənilməz oldu. Amma sistem pozulmadı. Ümumiyyətlə, "Qarabağ" hətta uduzanda belə, öz oyun üslubundan əl çəkmir, səbrlə, sabit çıxış edir və bu, çox vaxt bəhrəsini verir. Ayrı-ayrılıqda hansısa futbolçunu fərqləndirmək istəməzdim. "Qarabağ" komanda şəklində yaxşı oynadı. Qollar da rəngarəng alındı. Bir sözlə, layiqli qələbə qazandılar".

40 yaşlı mütəxəssis yaxın keçmişdə "Sürix"lə qarşılaşdığını yada salıb:

"Sürix"i az-çox tanıyıram. Üç il əvvəl bu komanda ilə Antalyada yoxlama görüşündə qarşılaşmışıq. Həqiqətən də yüksək səviyyəli oyunçulara sahib olduqlarını deyə bilərəm. Baxmayaraq ki, biz onlara uduzmadıq, 1:1 oynadıq. Hətta həmin oyunda qaçırdığımız bir penalti də olmuşdu. 

"Sürix" haqda ancaq müsbət fikirlər söyləmək olar. Təsadüfi deyil ki, son mövsümdə rahat şəkildə İsveçrə çempionu olublar. Ötən mövsüm "Qarabağ"ı Konfrans Liqasının qrupunda üstələyən "Bazel"i böyük fərqlə qabaqlayaraq qızıl medallara sahib çıxıblar. Səhv etmirəmsə, 2-ci yerdən 14 xallıq fərqlə qalib olublar. Bu, təmsilçimizi necə ağır oyun gözlədiyini ehtimal etməyə imkan verir. Qənaətimə görə, "Qarabağ"ın oyun üslubu daha da təkmilləşib, keyfiyyəti yüksəlib. Bunun davamını növbəti mərhələdə də gətirəcəklərinə inanıram. "Sürix" "Lex"dən daha reytinqli və səviyyəli komanda olsa da, "Qarabağ" Avropada isveçrəlilərdən də güclü, çətin rəqiblərlə qarşılaşıb və böyük oyun təcrübəsi var. Komandamıza inanır və uğurlar arzu edirəm".

Mirağa     

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X