“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində İsrailin “Makkabi Təl-Əviv” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsi açıqlanıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçu yer alıb.
Qapıçılar: Mehdi Cənnətov, Anar Nəzirov, Nail Alışov.
Müdafiəçilər: Slavik Alxasov, Ruslan Abışov, Nemanya Andelkoviç, Dmitrios Cantakias, Təmkin Xəlilzadə, Seertan Taşkın, Cəlal Hüseynov, Qismət Alıyev.
Yarımmüdafiəçilər: Hacıağa Hacılı, İlkin Muradov, Mohamed Hamdaoui, Ramin Əhmədov, Loris Bronqo, Samir Ağayev, Mahmud Ağayev, Mirsayib Abbasov, Rəhim Sadıxov, Coşqun Diniyev.
Hücumçular: Filipe Pahtmann, Rüstəm Əhmədzadə, Hamidu Keyta.