Tanınmış futbolçu Robert Levandovski "Barselona"ya keçir.
Fanat.Az-ın xəbərinə görə, bu barədə "Bayern Münhen"in İdarə Heyətinin sədri Oliver Kan məlumat verib.
"Bild" nəşrinə danışan 53 yaşlı funksioner polşalı futbolçunun Kataloniya klubuna transferini təsdiqləyib. O, tərəflər arasında razılıq əldə olunduğunu deyib.
34 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.