"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldunun "Bayern Münhen"ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
Fanat.Az-ın məlumatına görə, Bundesliqa təmsilçisinin baş məşqçisi Yulian Naqelsman bu iddialara aydınlıq gətirib.
Tanınmış insayder Kristian Falkın "Twitter" səhifəsində yazdığına görə, Naqelsman bu məlumatın yalan olduğunu bildirib.