"Çelsi" PSJ-nin müdafiəçisi Presnel Kimpembeni heyətinə qatmaq üçün Paris klubunun rəhbərliyi ilə birbaşa danışıqlar aparır.
Fanat.Az futbol insayderi Fabritsio Romanoya istinadən xəbər verir ki, PSJ futbolçu üçün 60-65 milyon avro istəyir, "Çelsi" isə qarşı tərəfə 45-50 milyon avro ödəməyi planlaşdırır.
Xəbərə görə, PSJ hələ də Presneli klubun gələcəyinin bir parçası kimi görür. Lakin parislilər sözügedən müdafiəçini yuxarıda qeyd olunan məbləğ qarşılığında satmağın da əleyhinə deyil.
Emin