Rusiyanın "Zenit" klubundan məlum siyasi vəziyyət üzündən ayrılan Ukrayna millisinin üzvü Yaroslav Rakitski karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az "Milliyet"ə istinadən xəbər verir ki, müdafiəçinin "Adana Demirspor"a keçmək ehtimalı yüksəkdir.
Xəbərə görə, tərəflər artıq şəxsi müqavilənin detallarını da razılaşdırıb. Məlumatda arxa xətt oyunçusunun Adana təmsilçisi ilə birlikdə İtaliyaya - iyulun 21-də başlayacaq təlim-məşq toplanışına yollanacağı vurğulanıb.
Qeyd edək ki, Rakitski Donetsk "Şaxtyor"unun yetirməsidir. O, "Zenit"ə 2019-cu ildə məhz "Şaxtyor"dan keçmişdi.
Nihat