“Qarabağ” klubu yeni futbolçu transferini həyata keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı Julio Romanla müqavilə bağlanılıb.
24 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyanın “Santa Klara” klubunda çıxış edib. O, 20 oyunda forma geyinib. Daha əvvəl isə Roman Braziliyanın "Paranaense" və “Ponte Preta” komandalarının formasını geyinib.