"Ayaks"ın müdafiəçisi Lisandro Martines karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçu "Mançester Yunayted"lə razılığa gəlib.
O, tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə qol çəkəcək.
İnformasiyanı klubun rəsmi saytı yayıb.
Məlumatda bu transferin "qırmızı şeytanlar"a 67,37 milyon avroya başa gələcəyi açıqlanıb.
Qeyd edək ki, Martines 2019-cu ildən "Ayaks"da çıxış edib. O, Amsterdam təmsilçisində MY-nin niderlandlı çalışdırıcısı Erik ten Haqın rəhbərliyi altında top qovub.
Nihat