“Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina azarkeşlərə müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı legioner bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.
Medina fanatlara təşəkkürünü bildirib və onları komandaya daha çox dəstək olmağa çağırıb:
“Bu klub, şəhər, qladtiatorlar ailəsidir. Verdiyiniz böyük dəstəyə görə təşəkkür edirəm. Gəlin, böyük ailəmiz üçün daha çoxunu edək”.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində iyulun 19-da "Sürix"lə evdə qarşılaşacaq. Bir həftə sonra isə tərəflər İsveçrədə üz-üzə gələcək.