23:54 17.07.2022 220

"Qəbələ"nin kapitanı "Fehervar"la matçdan nə gözləyir?

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. 

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan hazırlıq prosesinin 14-cü gününü bir məşqlə başa vurub. 

Komanda günün ikinci yarısında hazırlıq keçib. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri toplu və topsuz çalışmaları icra edib. Hazırlıq ikitərəfli oyunla başa çatıb. 

“Qəbələ”nin kapitanı Asif Məmmədov komandanın hazırlıq durumunu dəyərləndirib. Təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Özümü yaxşı hiss edirəm. Komandada da hər şey əladır. Əsas odur ki, zədəli futbolçumuz yoxdur. Heyətimiz ötən mövsüm olduğu kimi kiçik olduğu üçün hər hansı oyunçunun zədələnməsi bizə çətin başa gələ bilər. “Fehervar”la ilk qarşılaşmaya 4 gün qalıb. Hər şey qaydasındadır. Belə davam etsək, vətənə müsbət nəticə ilə dönəcəyik”.

Təcrübəli yarımmüdafiəçi Türkiyə təmsilçisi “Qaziantep” (1:2) və Rumıniya “Çiksereda”sı (2:1) ilə yoxlama görüşləri barədə fikirlərini də bildirib: “Vaxtımız az olduğu üçün iki yoxlama görüşü keçirdik. Türkiyə Superliqa təmsilçisi “Qaziantep”lə qarşılaşma birinci sınağımız idi. Həmişə ilk matçlar ağır olur. Uduzmağımıza baxmayaraq, bu qarşılaşmada da yaxşı oynadıq. Həmin matçdan nəticə çıxardıq və Rumıniya klubu “Çiksereda”ya qalib gəldik. Hamı fikirləşə bilər ki, Rumıniya çempionatının 1-ci liqa təmsilçisi zəif komandadır. Amma heç də onların düşündüyü kimi deyil. Bu klubun büdcəsi də bizdən yüksəkdir, heyətində də təcrübəli və yetərincə səviyyəli futbolçular var. Heç kim fikirləşməsin ki, zəif komandanı udmuşuq”.

Məmmədov Konfrans Liqasının görüşlərinə hazırlığı da qiymətləndirib: “Konfrans Liqasına tam, 100 faiz hazır olduğumuzu deməzdim. Macarıstan klubu ilə ilk matça 70-80 faiz hazırıq. Yoxlama və rəsmi oyunlar eyni deyil”.

Asif “Fehervar”ın qarşılaşmalarını izlədiklərinə əsasən rəqibin gücünü də dəyərləndirib: “Rəqib güclü komandadır. Ustalıq səviyyəsi ilə seçilən futbolçuları da var. Üç matçı izləmişik. Bu komanda hücumlara çıxanda təhlükəli olur. Bizi qarşıda çətin oyun gözləyir. Təbii ki, ağır olacaq. Lakin ötən mövsüm boş yerə o qədər əziyyət çəkməmişik ki, ilk rəqiblə dueldə mübarizəni dayandıraq. Futboldur, hər şey ola bilər. Mərhələ adlamaq üçün əlimizdən gələn, bizdən asılı olan hər şeyi edəcəyik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X