Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Sloveniyaya yollanıb.
Fanat.Az xəbər verir ki, Eldar Yusubovun yetirmələri mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək.
Komanda V İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti bölümünü keçəcək. Maribordakı toplanış iyulun 31-də başa çatacaq.
Hazırlıq zamanı millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya yığmaları ilə üz-üzə gələcək.