Uelsli vinger Qaret Beyl "Los-Anceles"dəki debüt matçını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Neşvill"ə görüşün (2:1) 72-ci dəqiqəsində meydana çıxan ulduz futbolçu oyunsonrası mətbuat konfransında belə danışıb:
"Çox nəmişlik idi. Açığı, buna öyrəşməmişəm. "Los-Anceles"in oyun üslubunda xüsusi fərq olmasa da, komandanın fəlsəfəsinə uyğunlaşmalıyam. Hər məşqdən əvvəl və sonra məşqçilərlə bu barədə danışır, bilmədiklərimi daha tez öyrənməyə çalışıram.
Debüt mövsümümdə mükafat qazansaq, şad olaram. Komandaya mümkün qədər çox şey vermək, uğurlara imza atmasına yardımçı olmaq istəyirəm. Bu, mənim ilk oyunum, ilk forma yığmaq cəhdim idi".
Nihat