Ötən gecə “Sabah” nigeriyalı futbolçu Emmanuel Apehi transfer etdiyini açıqlayıb.
Fanat.Az Masazır təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə klub arasında 2 illik müqavilə bağlanıb.
“Sabah”da 90 nömrəli formada çıxış edəcək futbolçu ötən mövsümü İspaniya Sequndasında keçirib.
2021/22-ci illər mövsümünü "Tenerife" və "Alkorkon"nun formasını geyən Apeh 25 oyuna 3 qolla yadda qalıb.
Futbolçunun La Liqa 2-də göstərdiyi performansdan ibarət videonu təqdim edirik:
Emin