Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Qeydə alınan nəticələri təqdim edirik:
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19 iyul
"Hibernians" (Malta) – "Levadiya" (Estoniya) 3:2
"Tirana" (Albaniya) – "Zrinski" (Bosniya və Herseqovina) 0:1
"La Fiorita" (San-Marino) – "Ballkani" (Kosovo) 0:4
Qeyd edək ki, mərhələnin digər oyunları iyulun 20-21-də keçiriləcək. Cavab matçları isə ayın 26-28-i aralığında olacaq.