Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir.
Fanat.Az xəbər verir ki, yığmamız növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan Pərviz Səmədovun çalışdırdığı kollektiv rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Xatırladaq ki, komandamız ilk yoxlama oyununda Belarus seçməsinə 1:3 hesabı ilə uduzub.
Azərbaycan yığması növbəti görüşünü iyulun 21-də Belarusa, ertəsi gün isə yenidən Mərakeşə qarşı keçirəcək.