Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün 5 qarşılaşma baş tutub.
"Qarabağ"ın növbəti raunddakı potensial rəqiblərindən olan "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivini qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə təmsilçisi "Fənərbağça" isə Polşada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə bitib.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
20 iyul
20:00. HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya) 1:2
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) 1:1
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) 1:2
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Fənərbağça" (Türkiyə) 0:0
22:15. "Maribor" (Sloveniya) - "Şerif" (Moldova) 0:0