UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Fehervar” matçının biletləri satışa çıxarılıb.
Fanat.Az “Qəbələ”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2, 3 və 10 manat təşkil edir.
Biletləri “Qəbələ Hotel”də yerləşən klubun fan-şopundan və Qəbələ şəhər stadionundan əldə etmək olar.
İyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.