İdman gimnastikası üzrə Azərbaycan millisinin iyulun 24-30-da Slovakiyada keçiriləcək Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı (EYOF) üçün heyəti açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, oğlanların yarışında ölkəmizi Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil edəcəklər. Qızların mübarizəsində isə Nazənin Teymurova və Duyğu Əlizadə güclərini sınayacaqlar.
Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın atlet 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda atletika ilə yanaşı, velosiped, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika növlərində təmsil olunacaqlar.